10 C
Baku
Friday, December 13, 2024

Neft qiymətləri həftəyə bahalaşma ilə başlayıb

İsrail-Həmas qarşıdurması fonunda Yaxın Şərqdə tədarükün kəsilməsi ilə bağlı narahatlıqların azaldılması səbəbindən dörd həftədir ucuzlaşan qiymətləri dəstəkləmək üçün OPEC+ tədarük azalmaları ilə bağlı gözləntiləri neft qiymətlərini bahalaşdırdı.

Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 57 sent və ya 0.7% artaraq barreli 81.18 dollara, WTI nefti isə 51 sent və ya 0.7% artaraq 76.40 dollar/barel olub.

Dekabr fyuçersi müqaviləsi Bazar ertəsi günü başa çatır, daha aktiv yanvar fyuçersləri isə 55 sent və ya 0.7% artaraq 76.59 dollar/barel təşkil edib.

Bəzi mənbələrin yaydığı məlumata əsasən OPEC+ müttəfiqlərindən ibarət hasilat qrupunun 26 noyabr tarixindəki görüşəndə əlavə neft tədarükünün azaldılması məsələsini nəzərdən keçirməyə hazırlaşmasından sonra hər iki müqavilə cümə günü 4% bahalaşıb.

Neft qiymətləri sentyabrın sonundan bəri demək olar ki, 20% dəyər itirib.

Son xəbərlər
Digər xəbərlər