6 C
Baku
Sunday, December 15, 2024

Neft qiymətləri nəyə görə enir?

Banker.az saytı OilNews-a istinadən xəbər verir ki, neft qiymətləri investorların OPEC təşkilatı və ona üzv olmayan 11 ölkə tərəfindən əldə edilən razılıq əsasında neft hasilatının kifayət qədər azaldılmamasına qarşı artan şübhələri təzyiqi altında enir.

21 aprel tarixinin axşam saatlarında qeydə alınan nəticələrə görə, iyun ayının Brent markalı neftinin 1 barrelinin dəyəri 52,90 dollar (-0,17%), WTI markalı neftin 1 barreli isə 50,49 dollar (-0,43%) olub.

Ötən həftə isə Brent markasının etalon qarışığının dəyəri 1 barrel üçün 52,95 dollar – 55,92 dollar arasında dəyişib. WTI markasında isə bu göstərici 1 barrel üçün 50,40 dollar – 53,08 dollar olaraq qeydə alınıb.

Bundan əlavə, İraqın özünün İŞİD ilə mübarizəni maliyyələşdirmək üçün Vyana razılığından çıxmaq arzusunu elan etməsi də vəziyyəti bir qədər qəlizləşdirir. Bu və ya digər amillər fonunda, investor və treyderlər yeni indikatorlar gözləməkdədir.

Son xəbərlər
Digər xəbərlər