14 C
Baku
Sunday, May 5, 2024

Neft qiymətləri OPEC+ toplantısı öncəsi düşür

Noyabrın 25-də keçiriləcək OPEC+ toplantısı öncəsi neftin qiyməti iyul ayı səviyyəsinə düşüb. Cümə axşamı günü “Brent”, IEA-nın (Beynəlxalq Enerji Agentliyi) 2024-cü il üçün tələb proqnozu və ABŞ ehtiyatlarının gözlənilmədən güclü artımı ilə bağlı verdiyi məlumata görə, 4.5% azalaraq barel üçün 78 dollardan aşağı enib. Son dörd həftə ərzində kotirovkalar 17% azalıb, Banker.az bu barədə “The Bell” nəşrinə istinadən xəbər verir.

“Financial Times” yazır ki, 80 dollardan aşağı göstəricilər Rusiya və Səudiyyə Ərəbistanının büdcələrinin davamlılığını təhdid edir ki, toplantıda kartel hasilatın azaldılmasının uzadılması ilə bağlı siqnal verə bilər. Nəşrin müsahibə verdiyi analitiklərin fikrincə, müzakirə asan olmayacaq və Səudiyyə Ərəbistanı BƏƏ, İraq və Küveytdən hasilatın azaldılmasını tələb edə bilər.

Bu cür tədbirlərin effektivliyi ilə bağlı getdikcə daha çox suallar yaranır: dünya istehsalında kartelin payı azalır, ABŞ, Braziliya və Qayana isə hasilatı artırır.

IEA-nın məlumatına görə, Rusiya oktyabr ayında neft və neft məhsulları ixracını sentyabr ayına qədər sutkada 70 min barel azaldaraq 7.5 milyon barelə, gəliri isə 25 milyon dollar azalaraq 18.3 milyard dollara endirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər