OPEC təşkilatının və neft ixracatçılarının bazarı dəstəkləmək üçün hasilatı azaltmaqcəhdlərinə baxmayaraq bazarda yaşanan neft çoxluğunun təzyiqi altında neft qiymətləri 6 alıq minimum səviyyəsində dəyişib.
Səhər 10-11 saatlarında Brent markalı neftin 1 barrelinin dəyəri 0,30% bahalaşıb və 47,04$-a təklif olunub.
WTI neftinin qiyməti 0,02$, yəni, 0,04% artaraq 44,48$-da qərarlaşıb.
Lakin hər iki markanın kotirovkaları may ayının sonlarından başlayaraq, yəni OPEC neft hasilatının sutkalıq 1,8 milyon barrel azaldılması ilə bağlı razılaşmanın müddətini 2018-ci ilin birinci rübünün sonuna qədər uzadılmasından sonra təqribən 13 faiz itirir.
Amerikanın Jefferies investisiya bankı bildirib ki, neft qiymətlərinin aşağı olması “ABŞ-da qazma qurğuların sayının sabit artması, ABŞ-da həftəlik ehtiyatın artması, Nigeriyada və Liviyada hasilatın genişləndirilməsi və s.” ilə bağlıdır.






