24 C
Baku
Tuesday, September 27, 2022

Neft Rusiya-Ukrayna gərginliyi fonunda 8 ilin maksimumuna yüksəlib

Qərbdəki birjalar Rusiyanın Ukraynaya hərbi müdaxilə edə biləcəyi, bunun fonunda Avropanın Rusiyaya qarşı sanksiya tətbiq edəcəyi xəbərləri ilə, onsuz da dar çərçivədə hasil edilən neftin təchizatının azalacağını proqnoz edirlər.

Bu isə öz növbəsində Brent neftinin qiymətini 2014-cü ildən bu tərəfə, səkkiz ilin maksimumlarına çıxardıb.

Banker.az xəbər verir ki, London birjasında Brentin bir barreli artıq 95.47 dollar təşkil edib, bu da sessiya ərzində 1.03 dollar, yaxud 1.09% bahalaşmadır.

WTI neftinin qiyməti isə 1.42% artımla 94.42 dollara yüksəlib, bu da 2014-cü ilin sentyabrından bu tərəfə zirvədir.

ABŞ və bir sıra Qərb ölkələri Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı ehtimalları irəli sürüb. Bununla belə neft ixracatçı ölkələri hazırda bərpa olunan iqtisadiyyatlar fonunda neftə olan tələbi tam qarşılamaq üçün hansısa tədbir görmür, plan üzrə neft hasilatı artımını aylar üzrə davam etdirir.

Bütün bunlarla bərabər investorların gözü İran ilə növə danışıqlarındadır. Mümkündür ki, müsbət anlaşma baş tutsun və İranın neft ixracına olan sanksiyalar aradan qalxsın.

Son xəbərlər
Oxşar xəbərlər