21 C
Baku
Monday, April 29, 2024

Neft şirkəti olan “Karasu Operating Company” cərimələnir

Kayman Adalarının “Karasu Operating Company” Şirkətinin filialı barəsində inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Şirvan Şəhər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İXM-in 266.2-ci maddəsinə görə, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə – vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Karasu Operating Company” şirkəti “Mishovdagh” və “Kalamaddin” neft yataqlarının tədqiqatı və inkişafında iştirak edir. Şirkət Bakıda fəaliyyət göstərir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər