3 C
Baku
Tuesday, January 6, 2026

Neft şirkətlərinin səhmləri və qiymətli metallar Venesueladakı hadisələr fonunda bahalaşır

Venesuelada baş verən hadisələr fonunda bazar ertəsi keçirilən ticarətlərdə ABŞ-nin neft şirkətlərinin səhmləri yüksəlir. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, prezident Nikolas Maduronun oğurlanmasından sonra ölkə faktiki olaraq ABŞ tərəfindən idarə olunur.

Chevron Corp. şirkətinin səhmləri Bakı vaxtı ilə saat 13:00-da ticarətlərin açılışında 13% bahalaşaraq 170 ABŞ dolları səviyyəsini keçib (2 yanvar tarixli bağlanışda 155,8 dollar idi). Qiymət 165 dollara qədər geri çəkildikdən sonra saat 15:30-da 167 dollara qədər korreksiya olunub.

ExxonMobil Corp. səhmləri də ticarətlərin əvvəlində oxşar dinamika nümayiş etdirib və artımı davam etdirib: saat 15:30-da qiymət 127 ABŞ dollarına çatıb (+4%). ConocoPhillips şirkətinin səhmləri isə təxminən 8% bahalaşaraq 104 dollara yüksəlib.

Bazar ertəsi ticarətlərində qiymətli metallar da bahalaşır. Qızılın spot qiyməti bir troya unsiyası üçün 4438 ABŞ dollarına qədər qalxıb, saat 15:30-da metal 4422 dollardan ticarət olunub (bağlanışa nisbətən +2%). Comex birjasında fevral fyuçersi 2%-dən çox artaraq 4433 dollara çatıb. Gümüşün spot bazardakı qiyməti 76 dolları keçib, saat 14:30-da 75 dollardan aşağı korreksiya baş verib, bundan sonra kotirovkalar yenidən yüksəlməyə başlayıb (+4,5%).

Platinanın spot qiyməti bir unsiya üçün 2232,35 ABŞ dollarına (+5,4%) yüksəlib, korreksiyadan sonra artımını davam etdirərək saat 15:30-da 2177 dollar səviyyəsində olub. Eyni vaxtda palladium spot bazarda təxminən 1700 dollardan ticarət olunub (+2%).

Son xəbərlər
Digər xəbərlər