Neft bazarlarda riskdən yayınma əhval-ruhiyyəsi və Tramp administrasiyasının ticarət və xarici siyasətində tariflərə daha çox üstünlük veriləcəyinə dair möhkəmlənən konsensus fonunda ucuzlaşıb.
Bankr.az xəbər verir ki, ABŞ-nin neft markası WTI 2% ucuzlaşaraq bir barel üçün təxminən 73 dollar ətrafında qərarlaşdı. Çin süni intellekt startapı “DeepSeek”lə bağlı narahatlıqlar ABŞ fond bazarlarında enişi artırdığı üçün bu neft qiymətlərinə də təsir edib. Bundan əlavə, dünyanın ən böyük neft idxalçısı olan Çində ilin əvvəlində iqtisadi fəaliyyət zəifləyib və fabrik fəaliyyəti azalıb. Eyni ucuzlaşma Brent neftində də qeydə alınmışdı. Lakin qiymətlər bir qədər bərpa oluna bilib.
Prezident Donald Tramp Kolumbiya ilə miqrantlarla bağlı mübahisəyə görə bu ölkəyə qarşı tariflər tətbiq etməklə bazarları narahat edib, lakin Kolumbiya onun şərtlərini qəbul etdikdən sonra bu addımı müvəqqəti olaraq dayandırıb. O, həmçinin Çin, Kanada, Meksika və Avropa Birliyinə qarşı tədbirlər görməklə hədələyib, eyni zamanda, OPEC-i qiymətləri azaltmağa çağırıb və neft qiymətlərinin azalmasının Rusiyanı gəlirlərdən məhrum edərək Ukraynadakı müharibəni dayandırmağa kömək edə biləcəyini bildirib.
“Strategas Securities” şirkətinin analitiki Con Byrne ABŞ mediasına açıqlamasına deyib ki, bu addımlar ABŞ-ın Rusiya əleyhinə son məhdudiyyətləri ilə bağlı qiymət artımlarını geriyə çəkir.
“Bazar iştirakçıları anlayır ki, Tramp administrasiyası neft qiymətlərini “drill-baby-drill” üsulu ilə əhəmiyyətli dərəcədə aşağı sala bilməsə də, sanksiyalar vasitəsilə neft qiymətlərini artıracaq siyasət yürütməyəcək,” – deyə o qeyd edib.
TEXNİKİ ZTƏRƏFİ….
“TD Securities” şirkətinin əmtəə strateqi Daniel Qali bildirib ki, qiymətlərin 75 dollar diapazonunu keçməsindən sonra algoritmik treyderlər optimist mövqelərini tərk ediblər və bu, ucuzlaşmanı daha da sürətləndirib. Kvant fondları bazardakı eniş fonunda leverage azaltmağa başlayıb ki, bu da satış aktivliyinə töhfə verib.
Soyuq hava və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Asiyadakı emal müəssisələrini alternativ neft həcmləri almağa təşviq etdiyi üçün WTI ilin əvvəlindən hələ də cüzi artım nümayiş etdirir. Bu alışlar bazarın əsas indikatorlarını möhkəmləndirib, yaxın müqavilələr uzaqdakılara nisbətən daha yüksək qiymətlə göstərilib.
Bu arada, İraqdakı nəhəng Rumaila neft yatağında hasilat ötən həftə baş verən yanğından sonra gündəlik 300 min barel azalıb. Amma bunun bir hissəsi Qazaxıstanda artan hasilatla kompensasiya olunub, ölkənin enerji nazirliyinin sözçüsü bildirib ki, bazar günü hasilat rekorda çataraq gündəlik 2 milyon bareldən çox olub.
“Reuters” məlumat yayıb ki, Rusiyada Ryazan neftayırma zavodu ötən həftə Ukrayna dronlarının hücumundan sonra fəaliyyətini dayandırıb.