8 C
Baku
Thursday, December 12, 2024

Neft spekulyantları son illərin ən iri həcmli “satış” mövqeyinə keçiblər

Təxminən 2024-cü ilin əvvəlində investisiya menecerləri son illərdə neft qiymətlərində ən iri həcmli qısa mövqelərini seçiblər ki, bu da qiymətlər üçün təzyiq yaradır.

Banker.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi bildirib.

Belə ki, qlobal mübadilə və klirinq mərkəzi “Intercontinental Exchange Inc.” və “Commodity Futures Trading Commission”nun məlumatlarına görə, Spekulyatorlar yanvarın 2-dən bir həftə ərzində hər iki bençmark – Brent və WTI xam neftinə təxminən 61 000 birləşmiş qısa (satış) mövqeləri əlavə ediblər. Agentlik qeyd edir ki, bu, 2017-ci ildən bəri ikinci ən böyük artımdır.

Səudiyyə Ərəbistanı fevral ayı üçün bütün alıcılar üçün qiymətləri aşağı endirib – bu, fiziki olaraq da bazarın zəiflədiyini əks etdirir – Uol-Strit isə il üçün qiymət proqnozlarını endirib. Brent fyuçersləri 2020-ci ildən bəri ilk dəfə ötən il gözləniləndən daha yaxşı təklif fonunda ucuzlaşıb.

İki ən böyük əmtəə indeksinin illik yenidən balanslaşdırılması davam etdiyi üçün qiymətlər bu həftə daha da təzyiq altında qala bilər. “Citigroup Inc.”in analitikləri təxmin edirlər ki, Bloomberg əmtəə indeksini (Commodity Index) və S&P GSCI indeksini izləyən fondlar, ehtimal ki, təxminən 2 milyard dollar dəyərində ABŞ xam neft fyuçerslərinin 27 000 müqaviləsini satacaq.

Bu arada Brentin bir barelinin qiyməti Bakı vaxtı ilə 16:35 radələrinə Londonun ICE birjasında 76.78 dollara düşüb. Bu, sessiya ərzində 1.98 dollar və ya 2.51% ucuzlaşmadır.

23432423423

Neft fyuçersləri:

Fyuçerslər (standart birja müqaviləsini ifadə edən qiymətli kağız) üzrə “uzun mövqelər”i, son dərəcə yüksək sürətlə “qısa mövqelər” əvəzləyir. “Uzun mövqeli” müqavilələr treyderlərin əmtəə və ya qiymətli kağızları ucuz alıb baha satmağa gözləntilərinin yüksəldiyi dövrdə artmağa başlayır. Məsələn, bu gün fyuçers müqavilələrini 50 dollar ilə bağlı imzalayan treyderlər yaxın dövrdə bu qiymətin, məsələn, 55 dollar olacağına əmindir. “Uzun mövqeli” müqavilələrdə bazar iştirakçıları qiymətlərin artmasından qazanır. “Qısa mövqeli” müqavilələrdə isə əkisnə – treyderlər əmtəə və ya qiymətli kağızların ucuzlaşmasından gəlir əldə edir. Əgər “qısa mövqeli” müqavilələrin sayı artırsa, deməli bazarın qiymətlərin ucuzlaşması gözləntiləri artıb. “Qısa mövqe” şəraitində treyederlər əmtəə və ya qiymətli kağızları brokerlərdən natural formada götürür. Dərhal satır, bazar ucuzlaşanda isə daha aşağı qiymətlə yenidən geri alıb sahiblərinə qaytarır.

 

Son xəbərlər
Digər xəbərlər