23 C
Baku
Friday, April 19, 2024

Neft tədarükündəki problemlər Asiyanı iflic edə bilər

Ayın əsas xəbəri: 14 sentyabrda “Saudi Aramco” şirkətinin iki obyektinə – Abkayk və Hurays zavoduna hücum edilib. Bu hadisədən bir neçə gün sonra neftin qiyməti qalxıb, istehsal isə gündə 5 milyon barel azalıb. Bundan əlavə, Asiya ölkələrinin tədarükün pozulmasına qarşı həssas olduğu ortaya çıxıb.

Banker.az xəbər verir ki, analitiklər qiymətlərin $80 və hətta $100 çatacağını gözləyirdilər, lakin son məlumata görə, qiymətlər yenidən aşağı düşüb: istehsal demək olar ki, bərpa edilib. Səudiyyə Ərəbistanın energetika naziri Əbdüləziz ben Salman hasilatın gündəlik olaraq 11 milyon barel, noyabr ayının sonuna qədər isə gündə 12 milyon barel olacağını söyləyib.

Qiymətlər kəskin şəkildə aşağı düşəndən sonra Asiya yenidən rahat nəfəs almağa başlayıb. Asiya – Səudiyyə neftinin ən böyük istehlakçısıdır. Asiya neft idxalçıları Səudiyyə neftinin 27%-ə qədərini alırlar. “Wood Mackenzie” nin verdiyi məlumata görə, qitə gündə 2,5 milyondan 2,7 milyon barelə qədər neft idxal edir.

İdxaldan olan asılılığın fonunda qiymətlərin dəyişməsi Asiya iqtisadiyyatına təsir göstərməyə bilməzdi. Lakin tədarükün pozulması ilə yanaşı Asiyada hökumətlərin dözə bilməyəcəyi bir şey də var: Yaxın Şərqdəki hərbi münaqişə.

Hindistan, Yaponiya, Cənubi Koreya və Çin çətin vəziyyətdədir. Bu hücumlarda ABŞ İranı ittiham edərək, cavab tədbirləri ilə hədələyib. Əgər məsələ uzansa, ABŞ-ın Asiyadakı müttəfiqləri seçim etmək məcburiyyətində qalacaqlar.

Birincisi, onlar kiminsə tərəfini tutmalı olacaqlar. Əlbəttə ki, onlar İranı, Cənubi Koreyanı və Yaponiyanı dəstəkləməyəcəklər.

“Cənubi Koreya və Yaponiya qızıl ortanı axtarıb tapmağa çalışır – həm öz iqtisadi maraqlarını qorumaq, həm də ABŞ ilə alyansda qalmaq. Tokio və Seul İrana qarşı görülən cavab tədbirlərə çox ehtiyatla yanaşacaqlar”, – deyə Verisk Maplecroft-in analitiki Mixa Xribernik bildirib.

Digər Asiya iqtisadiyyatı və müxtəlif geosiyasi maraqlar arasında ən etibarlı yolu tutmağa çalışacaq üç neft idxalçısından biri olan Hindistandır. O, neft idxalını dayandırsa da, qonşusu ilə isti münasibət saxlamağa çalışır.

Çin artıq öz mövqeyini artıq göstərib. Bu həftə ÇXR-in Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: “Çin münaqişələri qızışdırmaq istəmir. Maraqlı tərəfləri regional gərginliyi artıracaq tədbirlər görməməyə çağırırıq”.

Çin – neft bazarında beynəlxalq mövqeyini aktiv şəkildə genişləndirən yeganə ölkədir. Yaponiya, Cənubi Koreya və Hindistan da bəlkə də, ondan nümunə götürməli olacaqlar. Daxili istehsal variantı Cənubi Koreya və Yaponiya üçün uyğun deyil. Çox güman ki, bu daha çox Hindistan üçün uyğun gələr. Digər variantlar da var: strateji ehtiyatların yaradılması, neft bazarının genişləndirilməsi və mənbələrin diversifikasiyası.

Olduğundan daha asan səslənir. Niyə Asiya Səudiyyə Ərəbistanından bu qədər neft alır? Səbəb çox sadədədir: çünki daha ucuzdur. Yaxşı xəbər isə odur ki, hərbi qarşıdurma ehtimalı məhduddur.

 

Son xəbərlər
Digər xəbərlər