25 C
Baku
Saturday, July 27, 2024

Neft ucuzlaşaraq 40 dollara düşüb

Dünya birjalarında neftin qiymətində yenidən ucuzlaşma müşahidə edilir.
Bakı vaxtı ilə 08:00 radələrində Londonun ICE qitələrarası fon birjasında Brent markalı xam neftin bir barelinin dəyəri 59 sent və ya 1.43% aşağı düşməklə 40.59 dollara ticarət olunub.
Eyni hal iyul fyuçersləri üzrə Nyu-Yorkun NYMEX əmtəə birjasında da müşahidə edilir. Belə ki, WTI markalı xam neftin bir bareli sessiya ərzində 72 sent,yəni, 1.81% ucuzlaşmaqla 38.22 dollara ticarət olunub.
Qeyd edək ki, neftin qiymətində son günlərdə OPEC+ alyansının hasilatdakı kvotanın daha bir ay uzadılması barədə qərar berilmişdi.
Son xəbərlər
Digər xəbərlər