13 C
Baku
Friday, November 1, 2024
Home İqtisadiyyat Energetika Neft ucuzlaşaraq Azərbaycan üçün “psixoloji həddən” aşağı düşdü

Neft ucuzlaşaraq Azərbaycan üçün “psixoloji həddən” aşağı düşdü

0
Neft ucuzlaşaraq Azərbaycan üçün “psixoloji həddən” aşağı düşdü

Neftin birjalarda qiymətindəki ucuzlaşma davam edir.

Banker.az xəbər verir ki, Brent markalı neftin dəyəri son 5 saat ərzində 4% ucuzlaşma (2,39 USD/brll) baş verib və hazırda 54,30 USD/brll dəyərində birjalarda ticarət olunur (Bakı vaxtı ilə 21:20).

Bir çox maliyyə qurumları və analitiklər Çin yayılan koronovirus ilə bağlı olaraq bir xam neftin dəyərinə ciddi təsiri olduğunu deyirlər.

Hazırda ABŞ-ın qlobal investisiya bankı “Citygroup” ekspertlər hesab edirlər ki, bu ilin birinci rübündə “Brent” markalı neftin bir barelinin orta qiyməti daha əvvəl təxmin edildiyi kimi 69 dollar/barel deyil, orta hesabla 54 dollar/barel olacaq. Proqnoza görə, II rübdə isə bu markadan olan neftin bir barelinin qiyməti 68 dollara qarşı 50 dollar təşkil edəcək.

Məlumat üçün bildirək ki, 2020-ci ildə Azərbaycanın dövlət və icmal büdcəsində neftin qiyməti 55 USD/brll nəzərdə tutulub. Bununla bağlı artıq hökumətin qəbul etdiyi dövlət büdcəsi ilə bağlı qanunu təsdiqləyib. Lakin, Azərbaycan büdcəsinin 2019-cu il ilə müqayisədə 2020-ci il üzrə qəbul olunan neftin qiyməti 5 USD/brll azaldılıb.

“Citigroup” bankın analitikləri hesab edir ki, ilin üçüncü rübündə bir barelin qiyməti 63 dollara qarşı 53 dollar təşkil edəcək.

Proqnoza görə, “Brent” neftinin qiyməti hətta 47 dollar/barelə qədər düşə bilər. Bu isə iki il yarımın minimal səviyyəsi olacaq.