Mart fyuçerslərində neftin qiyməti yenidən 56 dollar/barreldən ucuz ticarət olunur.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:54 radələrində Brent markalı xam neft 45 sent (0.80%) ucuzlaşmaqla 55.65 dollar/barrelə düşüb.
WTI xam nefti isə 53 sent ucuzlaşmaqla (1%) 52.60 dollar/barrelə qədər geriləyib.
Qeyd edək ki, neft ötən gün dolların indeksinin yenidən ucuzlaşması ilə bahalaşıb. Lakin, əsas neft istehlakçılarına COVID-19 epidemiyasının yeni dalğası ilə “lockdown”lara getməsi neftin qiymətini təzyiqdə saxlayır. Dolların hazırda indeksi 90.10 bəndə qədər azalıb.