ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin iyul müqaviləsinin dəyəri 0,8% azalaraq 1 barelə görə 106,28 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,72% azalaraq 103,94 dollar təşkil edib.