13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Neft ucuzlaşır: OPEC+ alyansı yeni təzyiqlə üzləşib

Neftin qiymətləri həftənin çərşənbə gününə ABŞ-ın sənaye göstəricilərində xam neftin və distillə olunmuş məhsulun anbarlarda böyük artımı xəbəri və OPEC+ alyansı üzərində təchizatın artırılması üzrə təzyiqlər fonunda bahalaşır.

Brent xam nefti Bakı vaxtı ilə 09:23 radələrində fyuçerslər üzrə 74 sent, yaxud 0.87% azalma ilə 83.98 dollar/barrel səviyyəsinə düşüb.

ABŞ nefti WTI (West Texas Intermediate)  1.11 dollar, yaxud 1.32% ucuzlaşmaqla 82.80 dollar/barrelə düşüb.

ABŞ-da neft anbarlarında artım xəbər, əlavə olaraq ABŞ prezidenti Cozef Baydenin neft ixracatçı ölkələri olan OPEC və onunla eyni alyansda olan ölkələri (əsasən də Səudiyyə Ərəbistanı və Rusiyanı) neftin bazar tələbinə adekvat cavab olaraq hasilatı artırmamalarına görə sərt tənqidetmişdi. ABŞ-da neft anbarlarında ehtiyatların ötən həftə ərzində 3.6 mln. barrel artıb.

Digər bir amil isə ABŞ iqtisadi göstəricilərində (əsasən də əmək bazarı) yaxşılaşmaların müşahidə edilməsi ABŞ dollarını 94 bəndlərin üzərində qaldırmağa başladı.

Bir sıra ehtimallara əsasən isə digər əsas amil dünyanın ən böyük xam neft istehlakçısı Çinin iqtisadiyyatı ilə bağlıdır. Çin iqtisadiyyatı yeni enişlə üzləşməsi ehtimalları artmaqdadır.

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər
X