ABŞ prezidenti Donald Trampın İran və İsrail arasında atəşkəs elan etməsindən sonra neftin qiyməti bir barel üçün son 24 saat ərzində 76 dollardan 68 dollara düşüb.
Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri isə 5%-dən çox ucuzlaşmaqla bir bareli 65 dollardan da aşağı düşüb..
İranın atəşkəsi pozmasından və İsrailin müdafiə nazirinin cavab zərbəsi əmrindən sonra qiymətlər bir qədər yüksəlib.
ABŞ lideri özünə məxsus sosial şəbəkədə İsrail və İrana bu atəşkəsi pozmamağa çağırıb.
Gözlənilir ki, OPEC+ alyansı qarşıdakı aylarda təchizatını artıracaq. Bu isə dünya üzrə neft ehtiyatlarının artımına, qiymətlərin daha da ucuzlaşmasına, nəticədə inflyasiya təzyiqlərinin azalmasına və faiz dərəcələrinin endirilməsinə səbəb ola bilər.
Foto: İnvestAZ İ.Ş.(30 dəqiqəlik qrafik)