2 C
Baku
Sunday, December 15, 2024

Neft ucuzlaşmaqla Azərbaycanın psixoloji həddindən bir qədər uzaqlaşır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus  da koronavirusun “pandemiyaya keçmək ehtimalı davam edir” açıqlaması və bu epidemiyanın digər ölkələrə səpələnməsi fonunda dünyanın maliyyə bazarları ilə yanaşı enerji bazarına da güclü təzyiqlər yaratmaqdadır. Banker.az bu barədə Bloomberg platformasına istinadən bildirir.

Ölkəmiz üçün ixracın 90% paya sahib olduğu neft-qaz məhsullarının dünya birjalarında qiymətinin ucuzlaşması davam etməkdədir. Artıq Brent nefti Londonda ICE qitələrarası birjada Bakı vaxtı ilə səhər saatlarında 50,76 USD/barell (ötən günün eyni vaxtında 52,8 USD/barel idi) səviyyəsinə qədər düçüb. Bu isə 2017-ci ilin üçüncü dekadasındakı rəqəmlərə qədər düşməsi deməkdir. Qeyd etməliyik ki, Azərbaycan hökumətinin 2020-ci il üzrə dövlət büdcəsindəki Brent markalı xam neftin dəyəri 55 USD/barel götürülüb.

Yəni son 3 ilin öncəki qiymətə qayıtması deməkdir. Hazırda Qərbi Texas neftinin (WTI) 45,59 USD/barel təşkil edir.

5656

Son xəbərlər
Digər xəbərlər