6 C
Baku
Monday, December 16, 2024

Neft üzrə büdcə gəlirləri artırılır 

2023-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 759,5 milyon manat və ya 4,9 % çox olacağı gözlənilir.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bunun da 69,2 %-ini və ya 11 milyard 280 milyon manatını Azərbaycan Dövlət Neft Fondundan transfert, 30,8 %-ini və ya 5 milyard 17 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

Gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat olacağı gözlənilir. Bu, 2022-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 5,2 % çoxdur.

 

 

Son xəbərlər
Digər xəbərlər