28 C
Baku
Saturday, July 27, 2024

Neft və qaz şirkətləri ABŞ-dan Venesuelada qazma işlərinə icazə verməsini xahiş ediblər

Bir sıra neft-qaz korporasiyaları ABŞ hakimiyyətindən onlara dövlət neft şirkəti PDVSA ilə əməkdaşlıq edərək Venesuelada quyu qazmağa icazə vermələrini xahiş ediblər.

Bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Onların fikrincə, Amerika rəhbərliyi neft-mədən xidmətləri göstərən şirkətlərə müvafiq lisenziyalar verərsə, PDVSA neft hasilatını sürətlə gündə 1 milyon bareldən yuxarı səviyyəyə çatdıra biləcək.

Agentlik vurğulayır ki, bu, ABŞ-a prezident Cozef Bayden administrasiyasının Rusiya enerji daşıyıcılarını təchiz etməkdən imtina etməsi nəticəsində yaranan neft qıtlığı problemini həll etməyə imkan verəcək, həm də neftin qiymətinin aşağı düşməsinə töhfə verəcək.

Agentlik hansı şirkətlərin Vaşinqton rəhbərliyindən qazma işlərinə və nəticədə PDVSA ilə əməkdaşlıqda neft hasilatına icazə verilməsini xüsusi olaraq xahiş etdiyini açıqlamayıb. Bundan əvvəl “The Wall Street Journal”ın yazdığına görə, müvafiq müraciət Amerikanın “Chevron” neft-qaz şirkəti tərəfindən daxil olub.

Son xəbərlər
Digər xəbərlər