Banker.az xəbər verir ki, Britaniyanın British Petroleum (BP) neft-qaz şirkəti neft və qazla ticarəti daha effektiv etmək üçün blockchain texnologiyasını sınaqdan keçirir.
Britaniya şirkətindən bildiriblər ki, şirkət vəsaitlərini enerji sektorunda blockchain texnologiyasından istifadənin “praktik və etik” nəticələrini öyrənmək üçün pilot layihəyə yatırır.
BP şirkətinin marağı nümayiş etdirir ki, multimilli şirkətlər maliyyə proseslərinin optimallaşdırılması, vasitəçilərin və invoysların göndərilməsinin kənarlaşdırılması hesabına ofis xərclərinin azaldılması üçün blockchainin mümkün imkanlarının olduğunu düşünürlər.
BP şirkəti İtaliyanın Eni neft şirkəti və Avstriyadan Wien Energie şirkəti ilə pilot proqram üzərində işləyir. Sözügedən bu proqram çərçivəsində blockchain ilə əməliyyatlar eksperiment olaraq artıq mövcud olan ticarət sistemləri ilə paralel olaraq həyata keçiriləcək. Həmçinin bu şirkətlər sistemin kommersiya səviyyəsində tətbiq edilməsi məqsədilə İngiltərə-Kanada texnoloji şirkəti olan BTL ilə də işləyir. Digər texnoloji şirkətlər də layihədə iştiraka dəvət olunub.
Şirkət nümayəndələri həmçinin qeyd edib ki, neft və qazla ticarət British Petroleum-da blockchain texnologiyasından istifadə üçün bir çox potensial tətbiqlərdən yalnız biridir. Ümumilikdə, texnologiyadan maliyyə hesabatlarının idarə olunması və şirkətin müxtəlif hissələri arasında uyğunlaşma prosesi üçün də istifadə oluna bilər.