10 C
Baku
Friday, October 25, 2024

Neft yenidən bahalaşdı: ABŞ-da ehtiyatlar azalır, Rusiyaya yeni sanksiya gəlir

ABŞ-ın xam neft və yanacaq ehtiyatlarının proqnozlardan daha çox azalması ardından tədarüklə bağlı narahatlıqları, əsas idxalçı Çindən tələbin yavaşlaması ilə bağlı narahatlıqları aradan qalxması ilə bahalaşdı.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:55 radələrində Brent markalı xam neftin ICE birjasındakı qiyməti 0.99 dollar, yaxud 0.94% bahalaşma ilə 105.96 dollar/barrel səviyyəsinə düşüb. Söhbət fyuşçers üzrə olan neftən gedir.

WTI neftinin bir barreli NYMEX birjasında 1.06 dollar, yaxud 1.04% bahalaşma ilə 103.47 dollar səviyyəsinə yüksəlib.

Qiymət artımları çərşənbə axşamı Avropa İttifaqının Moskvanın neft sənayesini hədəfə alacaq, Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməsi ilə bağlı xəbərlərdən sonra gəlir.

Avropa Komissiyasının sədri Ursula von der Leyenin çərşənbə günü planları açıqlaması gözlənilir.

Amerika Neft İnstitutunun rəqəmlərinə görə, ABŞ-da xam neft və yanacaq ehtiyatları ötən həftə azalıb. API-ın açıqlamasında ehtiyatların öncəki həftə ərzində 3.5 mln. barrel azaldığı müşahidə edilib. Treyderlər isə cəmi 1.17 mln. barrel azalacağını proqnoz edirdi.

Göründüyü kimi API-ın həftəlik hesabatı insanların tələb tərəfi ilə bağlı narahatlığını dayandırmağa və yenidən təklif tərəfi ilə bağlı narahat olmağa başlamasına səbəb olub.

ABŞ hökumətinin ehtiyatlar haqqında məlumatları isə çərşənbə günü, yəni bu gün verilməlidir.

Əvvəlki sessiyada Çinin 1 mayda qeyd edilən “Əmək Günü” tətili mövsümündə səyahət planlarını məhdudlaşdıran uzunmüddətli COVID-19 lokdaunlarından qaynaqlanan tələb narahatlıqları qiymətlərin 2% -dən çox düşməsinə səbəb olub.

Həftənin cümə axşamı, OPEC və onunla eyni alyansda olan neft ölkələri –  OPEC+ neftin hasilatı ilə bağlı qərar verir. Gözlənilir ki, OPEC+ plandan kənara çıxmayaraq hasilatı 432 min barrel günlük ifadədə iyun üçün artırsınlar.

Son xəbərlər
Digər xəbərlər