26 C
Baku
Monday, June 27, 2022

Neft yenidən ucuzlaşdı – 69 dollardan aşağı düşdü

Qlobal birjalarda neftin qiyməti yenidən ucuzlaşaraq may fyuçerslərində 69 dollardan aşağı düşüb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 8:27 radələrinə Londonun ICE birjasında Brent markalı xam neftin bir barreli 0.56 dollar, yaxud 0.81% ucuzlaşmaqla 68.32 dollar olub.

WTI markalı xam neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 0.53 dollar, yəni 0.81% ucuzlaşmaqla 64.86 dollar olub.

Son xəbərlər
Oxşar xəbərlər