28 C
Baku
Saturday, July 27, 2024

Neft yenidən zirvələrə qayıdıb. OPEC+ iclasının nəticəsi nə olacaq?

Neftin qiyməti 4% artaraq, ayın əvvəlindən bəri ən yüksək həddə yaxınlaşıb. Bu, son 11 həftədəki maksimal artımdır. 

Gözləndiyi kimi, OPEC+ iştirakçılarının iclasından əvvəl kotirovkalar maksimum qiymətə yüksəlib və indi bütün diqqət Vyanadakı hadisələrə yönəldilib. 

Əslində, qiymətin artmasına təsir göstərən səbəblər az olmayıb, məsələn, “Bloomberg” in ABŞ və Çin arasında gedən ticarət danışıqlarının məhsuldar olacağını qeyd etməsi. Bu xəbər birjalarda əhval-ruhiyyəni dəyişdirdi. 

Daha sonra Nigeriya sahillərində super tankerin tutulması barədə məlumat yayılmışdır və bu, il ərzində neft obyektlərinə edilmiş altıncı hücumdur. 

Və nəhayət, ABŞ-ın Energetika Nazirliyinin neft ehtiyatlarına dair dərc etdiyi statistika. Məlum olub ki, bir həftə ərzində ABŞ-ın neft ehtiyatları demək olar ki, 4 milyon barel azalıb – gözləniləndən çox. 

Hər şey istənilən anda dəyişə bilər. Son vaxtlarda bazar dəyişkənliyi ilə seçilir. OPEC+ müqaviləsinin iştirakçılarının qarşıda gələn iclası, neft bazarında trendin istiqamətini müəyyən edəcək. 

Xatırladaq ki, dekabrın 15-i ABŞ Çindən dəyəri 160 milyard dollar təşkil edən mallara qarşı ticarət tariflərini artıra bilər. Amerikan liderinin verdiyi məlumata görə, ticarət müqaviləsi 2020-ci il prezident seçkiləri ilə əlaqədar olaraq təxirə salına bilər. 

Son xəbərlər
Digər xəbərlər