16 C
Baku
Friday, April 26, 2024

Neft yenidən ucuzlaşdı – Yerli ekspertlərdən manatın məzənnəsnə dair şərh

Neftin qiymətində eniş davam etməkdədir. ABŞ və neft idxal edən ölkələrin alqışladığı, neft ixrac edən ölkələrdə isə təlaşla izlədiyi tendensiya artıq bəlli istiqamətə yönəlib.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12:54 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 4.21$ , yəni, 7.71% azalaraq 50.42$-da qərarlaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3.80, yəni, 6% ucuzlaşaraq 58.80$-a təklif olunub.

Neftin qiymətini kimlər müəyyən edir?

Günlər öncə Bloomberg Agentliyinin köşə yazarı Culian Linin fikrincə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) neftin qiymətinə nəzarət etmək imkanını əldən verib: “Hazırda ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı birlikdə OPEC üzvü olan 15 ölkədən daha çox neft istehsal edir. “Qara qızıl”ın qiymətinə təsir edən həmin 3 insanın müxtəlif məqsədləri var. Səudiyyə Ərəbistanı dövlət büdcəsini artırmaq üçün yanacaq istehsalını azaltmaqda davam edəcək. Rusiya 2016-cı illə müqayisədə neftin qiymətindən daha az asılıdır və bu ölkənin neft şirkətləri artıq yatırdıqları investisiyalardan pul qazanmaq istəyirlər. Prezident Vladimir Putini neftin hər barel üçün 70 dollarlıq qiyməti “tam olaraq qane edir”. Prezident Donald Trampın mövqeyi isə sözün həqiqi və məcazi mnənasında daha “möhkəmdir”. Çünki, rəsmi Vaşiqton Ər-Riyad ilə jurnalist Camal Qaşıqçının qətli fonunda yaxşı münasibətlər saxlamağa çalışır. Baxmayaraq ki, ABŞ Senatı Səudiyyə Ərəbsitanına qarşı sanksiyaların sərtləşdirilməsini təkid edir


Azərbaycanlı iqtisadçılar nə düşünür?

Ötən gün iqtisadçı-ekepert Rəşad Ağayev bildirmişdi ki, neftin qiymətinin 55 dollara qədər yuvarlanması nə ödəmələr balansı, nə də büdcə baxımından ciddi risk yaratmır.

R.Ağayev bildirir ki, bu qiymət səviyyəsində yalnız hökumətin Dövlət Neft Fonduna (ARDNF) gələn il üçün planladığı 3 mlrd. manata yaxın yığım mümkün olmaya bilər.

“Yəni ən pis variantda Neft Fondunun gələn ilki gəlirləri tamamilə xərclənər.
50 dollar isə riskli həddir. Bu nöqtədə hökumət 2015-cii ildə olduğu kimi Neft Fondunun ehtiyatlarını büdcəyə cəlb etməmək, büdcədə balansı təmin etmək üçün dövlət büdcəsinin xərcləri ən azından 2 mlrd. manat ixtisar etməli olacaq. Ya da ehtiyatlara əl atmaq lazım gələcək. 50 dollar ölkənin ödəmələr balansında tarazlığı qorumaq üçün də yetərli deyil. Bu hədd Mərkəzi Bankın bazara daimi müdaxiləsi üçün siqnalın başladığı nöqtədir.” – deyə o, öz şərhində deyir.

“Neftin qiyməti 50 dollara düşsə, artıq təhlükəli hədd başlayar”.

R. Ağayev deyib ki, neftin bir barelinin qiyməti 50 dollara enərsə, bu, Azərbaycan üçün bir siqnal olacaq:

“Çünki tədiyyə balansının tənzimlənməsi üçün problem yaranır. Yəni ölkəyə valyuta gəlişinin valyuta gedişindən az olması mərhələsi başlayır. Bu baxımdan neftin qiymətinin necə olacağı çox önəmlidir. Neftin qiyməti sürətlə 40-35 dollara düşsə, çox ciddi problemlər yaranacaq. Ancaq hökumətin sərəncamında ehtiyatlar var. 2016-cı ildən sonra neftin qiymətinin qalxması nəticəsində bu illər ərzində Neft Fondunun ehtiyatları 4 milyard dollara qədər artıb.

Ekspert hətta neft 30 dollara düşsə belə, hökumət 2-3 ay gözləmə mövqeyi tuta bilməsini mümkün sayır. Çünki neft bazarı çox volatikdir. Düşünə bilərlər ki, neftin qiyməti yenə yüksələ bilər. Bilirik ki, neftin qiymətləri məsələsində siyasi proseslər çox böyük rol oynayır. Xüsusən ABŞ və Rusiya prezidentlərinin, Səudiyyə Ərəbistanını vəlihədinin bəyanatları faktiki neft bazarını idarə edir. Bazar faktiki onların bəyanatlarının, tvitlərinin təsiri altındadır. Bu ilin sonuna da az, bir ay qalıb. Hətta sabah neft 30 dollara düşsə də, hökumətin dərhal devalvasiyaya gedəcəyinə inanmıram. Lakin neftin qiyməti uzun müddət 50 dollardan az, xüsusən 40 dollar və ondan az olarsa, o zaman Azərbaycan manatının sabitliyi üçün ciddi problemlər yaranacaq.


İqtisadçı ekspert Vüqar Bayramov isə bildirir ki, neft bazarında volatilliyin yüksək olduğunu nəzərə aldıqda 2019-cu il üçün Azərbaycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi daha məqsədəuyğundur.

Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlilərimizin 60 faizi neft sektorunun payına düşəcəyini nəzərə alsaq 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər. Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədə uyğun deyil. Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa da belə il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür.. Buna görə də, büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır.

Beləliklə, neft bazarı ilin son ayında heç də nikbin əhval-ruhiyyə ilə yaxanlaşmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə və alternativsiz yolu olaraq qalmaqdadır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər