Dünya birjalarında neftin qiymətində cüzi ucuzlaşmalar müşahidə edilib.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:08 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında Qərbi Texas neftinin (WTI) bir bareli 65 sent ( 3,29%) ucuzlaşmaqla 19,13 dollar təşkil edib.
Londonun ICE qitələrarası fond birjasında Brentin hər bareli 8 sent (-0,30%) ucuzlaşmaqla 26,36 dollara ticarət olunub.