2 C
Baku
Saturday, December 14, 2024

Neft kəskin ucuzlaşaraq 2002-ci ildəki qiymətə düşür – İri oyunçular hələ də ‘aqressivdir’

Səudiyyə Ərəbistanın Rusiya qarşı elan etdiyi “neft müharibəsi” və gələn Aydan hasilatın bir qədərdə artıracağı ilə bağlı verdiyi “zəhimli” mesajlar xam neftin dəyəri 18 ildən bu tərəfə ən aşağı qiymətə – 23 dollar/barel səviyyəsinə qədər azaltmalı olub.

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 19:55 radələrində Nyu-York birjasında  gün ərzində Qərbi Texas xam neftinin 1 barelini $4.40 , yəni, 16.33% ucuzlaşmaqla $22.55 – səviyyəsinə düşüb ki, bu da 2002-ci ilin iyunundan bu tərəfə müşahidə edilən ən aşağı göstəricidir. Səudiyyə krallığı neftə yaranmış təlabatın kəskin azaldığı dövirdə bu “neft savaşının” bir qədər də aqressivləşdirməklə aprel üşün daha 12,3 mln. barellik bazara xam  neft çıxaracağını işarə edir.

Yeri gəlmişkən Banker.az-ın operativ olaraq neftlə bağlı xəbərini bu linkdən oxuya bilərsiz.

Siyasi məsələlər neftin istehlakına koronavirus səbəbindən yaranan təlabatın bu azmış kimi, hasilatın da bu qədər artırması xəbəri artıq neftin dəyərində “şok” azalmalara gətirib çıxarır.

Səudiyyə isə rəqibi masaya oturdmaq üçün bazara yeni həmlə edir

Səudiyyə Ərəbistanın Enerji naziri açıqlamalarının birində “Saudi Aranco-nun təchizatı artırmaqda davam etməklə gələn aydan günlük hasilatı 12,3 milyon barel səviyyəsin çatdıracaq” deyib

ABŞ Federal Ehtiyat Sistemi (FED) maliyyə bazarlarındakı vəziyyəti sabitləşdirmək üçün yaxın 1 ay ərzində 5 trilyon ABŞ dolları dəyərində likvidlik verəcəyini deyib. Bu addım qısamüddətli maliyyələşdirmə faizinin yüksəlməsinin qarşısını almaq üçün atılacaq

Bu arada ötən gün beynəlxalq reytinq agentliyi “Standard & Poors” (S&P) koronavirusun qlobal iqtisadiyyatda resesiyaya səbəb olacağını açıqlayıb.  S&P tərəfindən qeyd olunub ki, koronavirusun qarşısının alınması üçün görülən tədbirlər qlobal səviyyədə resesiyaya səbəb olacaq. Bundan başqa, yaxın 1 ildə ABŞ-ın qeyri-maliyyə şirkətlərinin defolt dərəcəsi 10%-i keçəcək.

Son xəbərlər
Digər xəbərlər