18 C
Baku
Sunday, September 8, 2024

“Neftçala Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək, dividend bölüşdürüləcək

30 may 2024-cü il saat 12:00-da “Neftçala Avtonəqliyyat” ASC-nin səhmdarların yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncaq Neftçala şəhəri, M.Ə.Sabir küçəsi-3-də keçiriləcək

İclasın gündəliyində duran məsələlər bunlardır:

1. “Neftçala Avtonəqliyyat” ASC-nin 2023-cü ilin yekunu və qarşıda duran vəzifələr haqqında.

2. Müşahidə Şurasının və sədrinin seçilməsi.

3. Təftiş komissiyasının hesabatı və yeni heyətin seçilməsi.

4. Səhmdar cəmiyyətin 2023-cü ilin yekununa dair dividendin bölüşdürülməsi.

Xatırladaq ki, “Neftçala Avtonəqliyyat” ASC 1998-ci ildə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər