1 C
Baku
Saturday, December 14, 2024

Neftçala bələdiyyəsinin sədri həbs olunub

Ötən ilin 21 oktyabr tarixində Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyevə cinayət işi açılması ilə bağlı xəbər vermişdik.

Banker.az-ın Baş Prokurorluqdan əldə etdiyi məlumata görə, cinayət işi üzrə toplanmış sübutlar əsasında sabiq bələdiyyə sədri Rövşən Quliyev 23.01.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 179.3.2 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda mənimsəmə), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Son xəbərlər
Digər xəbərlər