26 C
Baku
Saturday, July 27, 2024

“Neftçi” klubu 2022-ci ildə xalis zərərlə üzləşib – HESABAT

Azərbaycanın ən yaşlı futbol klubu “Neftçi” PFK və ya “Neftçi Peşəkar Futbol Klubu” MMC 2022-ci ildə zərər edib.

Banker.az bunu şirkətin illik maliyyə hesabatına istinad edir.

“Neftçi” PFK hesabat ilində 14 milyon 127 min manat həcmində cəmi gəlir əldə edib. Bura, əsas gəlirlər – sponsorlardan daxilolma – reklam gəlirləri təşkil edib – 11 milyon 700 min manat (2021: 9 milyon 123 min manat).

Klubun UEFA-dan əldə etdiyi pul mükafatı və həmrəylik ödənişləri 1 mln. 637 min manat olub və bu 2021-ci ildən 46 faiz aşağıdır.

Klub 2022-ci ildə illik müqayisədə əməkhaqqı və mükafat xərclərini 36 faiz artırmaqla 9 mln. 680 min manat edib.

Ümumilikdə cəmi əməliyyat xərcləri 14 milyon 465 min manat edib.

Beləliklə, 416 min manat xalis zərər edib. 2021-ci ildə onun zərəri 1 mln. 923 min manat təşkil etmişdi.

Xatırladaq ki, “Neftçi” futbol klubu 2021-2022-ci il mövsümində Azərbaycan Premier Liqasının çempionu olsa da, UEFA Çempionlar Liqasında uğursuzluqla üzləşib. Cari ildə isə ikinci pillə ilə milli liqanı tmamlayır.32 scaled

 

Son xəbərlər
Digər xəbərlər