“Neftçi” PFK və ya hüquqi adı ilə “Neftçi Peşəkar Futbol Klubu” MMC 2019-cu il ərzində 959 min manatlıq xalis mənfəət əldə edib.
Banker.az bu barədə futbol klubunun maliyyə göstəricilərinə istinadən xəbər verir.
Ölkənin ən yaşlı futbol klubu 2019-cu il ərzində 12.48 mln. manatlıq (+11%) gəlir əldə edib ki, bunun da 10.65 mln. manatlıq sponosordan olan gəlirlər olub. Bununla belə klubun xərcləri artaraq 11.51 mln. manata qədər artıb. Nəticədə klubun xalis mənfəəti 959 min manat təşkil edib. Öncəki il xalis mənfəətin həcmi 1.46 mln. manat təşkil edirdi.
Klubun aktivlərinin həcmi 18.62 mln. manat təşkil edib, bu öncəki illə müqayisədə 22% artımın olması deməkdir. Klubun öhdəlikləri bir il ərzində 2.65 mln. manatdan 965 min manata qədər azalıb.
Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycan Premyer Liqasında 8 klubdan üçü xalis mənfəət edib ki, bura “Zirə” FK, “Sabah” FK və “Neftçi” PFK-dır. Ən böyük mənfəət “Neftçi”-də qeydə alınıb.