28 C
Baku
Saturday, July 27, 2024

Neftçinin “dərdi” təkcə onun 5-ci yeri tutması ilə bitmir – Xərclər artır, zərər böyüyür

Azərbaycan futbolunda olduqca uğursuz idman nəticəsi ardından, məlum olub ki, “Neftçi PFK” 2023-cü ildə də gəlirlərin böyük artımına rəğmən zərərlə üzləşib. Klub bundan öncəki illərdə də zərər edib.

Banker.az xəbər verir ki, bu barədə klubun audit hesabatında bildirilir.

Bakının futbol klubu 2023-cü ildə sponsordan (reklam) 17.19 milyon manat gəlir əldə edib. Bu, illik müqayisədə 47 faiz artım deməkdir. Bununla belə, xərclərin həcmi 14.46 mln. manatdan 15.97 mln. manata yüksəlib.

Nəticədə, 2023-cü ildəki zərəri 3.52 mln. manat olub. 2022-ci ildə 0.42 mln. manatlıq zərəri vardı.

Klubun rəsmi adı “Nefçi Peşəkar Futbol Klubu” MMC-dir.

Klub ölkənin ən qədim və ən adlı sanlı klubu olsa da, uzun müddətdir əsas rəqibi olan Ağdamın “Qarabağ” klubuna rəqabətdə uduzur və uzun illərdir ölkənin ən titullu futbol turnirindəki qızıl medala həsrətdir. Sonuncu dəfə pandemiyanın ən aktiv olduğu, 2020-2021-ci illərdə çempion olub ki, bu da uzun müddətli fasilədən sonra əldə olunub.

“Neftçi” 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur.

Bakı klubunun cari mövsümindəki nəticəsi isə liqa üzrə 5-ci yerdə olub. Klub bu göstərici ilə son 7 mövsümin ən bərbad nəticəsi ilə qarşılaşıb. Avropanın klublar üzrə çempionatlarından kənarda qalmaqla, onunla müqayisədə daha zəif büdcəli “Zirə”, “Sabah” və “Sumqayıt kimi gənc klublardan geridə qalıb.

232232323

Son xəbərlər
Digər xəbərlər