9 C
Baku
Wednesday, November 13, 2024

Neftə olan ‘tələbat qorxusu’, onun qiymətini ucuzlaşdırır

Karantin rejiminin bir çox ölkələrdə yumşaldılması və bununla paralel yanacağa olan təlabatın sürətlə bərpasına rəğmən, Çin və ABŞ arasındakı münasibətlərin gərginləşməsi birjalarda neftin dəyərinin düşməsinə səbəb olub.

Bu barədə Banker.az Reuters agentlyinə istinadla bildirir.

İyul fyuçersləri üzrə Bakı vaxtı ilə 12:00-da Brent markalı neftin 1 barelinin dəyəri 1.80% ($0.65) ucuzlaşmaqla $35.52, WTI neftinin 1 barelinin dəyəri isə 1.69% ($0.58) ucuzlaşmaqla $33.77-ə düşüb.

“Əvvəlki hesablamalarda deyir ki, benzinə olan təlabat illik yalnız 30% bərpa oluna bilər. Çünki, əksər insanlar evlərindən o qədər də uzaq məsafələrə səfər etmirlər” – deyə, ANZ Research bildirib.

Bəzi bank və anlitik qruplar neftə olan təlabatın gələn iyuldan bərpasını mümkün sayırlar ki, bunu optimist düşünənlərdən biridə Euroasia Group-dur.

Son xəbərlər
Digər xəbərlər