Dünya birjasında neftin qiyməti bahalaşmaqda davam edir.
Banker.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,34 dollar artaraq 44,93 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,12 dollar artaraq 47,87 dollar olub.