10 C
Baku
Thursday, December 12, 2024

Neftin bahalaşması gəlirlərə təsir etdi: Dövlət Neft Fondunun yataqlardan qazancı artdı

ARDNF 2021-ci ilin ilk yarımilində Azəri-Çıraq-Günəşli yatağı üzrə əldə olunan gəlirlərinin həcmi $2 mlrd. 354.1 mln. olmuşdur.

Bu barədə Banker.az Azərbaycan Respublikası Dövlət Neft Fonduna istinadla xəbər verir.

Bu da illik müqayisədə 148.1 mln., yaxud 6.7% artım deməkdir.

AÇG yatağından 2001-ci ildən etibarən 2021-ci ilin 1 iyuluna qədər $151 mlrd. 759 mln. həcmində gəlir əldə etməli olub.

2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər $3 mlrd. 738 mln. olmuşdur.

Şahdəniz yatağından (qaz və kondensat) 2021-ci ilin ilk 6 ayı ərzində $70.98 mln. gəlir əldə edib. Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə $57.13 mln. olmuşdur.

Son xəbərlər
Digər xəbərlər