10 C
Baku
Wednesday, December 11, 2024

Neftin bahalaşması ilə bağlı ümüdlər Vyana sammitinədir

Xarici ekspertlər Rusiya və Səudiyyə Ərəbistanının OPEC-in noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək sammitində hasilatın azaldılması qərarına müsbət yanaşmasına baxmayaraq, bunu real hesab etmirlər.

“İnvesting.com” saytının verdiyi xəbərə görə, bu iki iri neft ölkəsi hasilatın azaldılması qərarını dəstəkləyəcəklərini bildirsələr də, istər Rusiya, istərsə də S.Ərəbistanının xarici investisiya proqramları qərarın baş tutmaması ehtimallarını artırıb. Belə ki, Rusiya tərəfi “Rosneft” vasitəsilə Hindistanın “Essar oil” kimi nəhəng neftayırma zavodunu almaq üçün “Trafigura” şirkəti ilə danışıqlar aparır. “Saudi Aramco” isə öz növbəsində son 5-10 il ərzində Çin, Cənubi Koreya və ABŞ bazarlarında neftayırma zavodları və ticarət obyektləri alaraq strateji yatırımlar edib. Bu addımlar hər iki ölkənin hasilatını artıracağı mənasına gəlir.

ELƏCƏDƏ OXU: Devalvasiya tempi proqnozları qabaqlayır

Bundan başqa, Rusiyanın energetika naziri A.Novak dəfələrlə hasilatın azaldılması qərarını deyil, dondurulması qərarını dəstəkləyəcəklərini bildirib. İstanbulda keçirilən Beynəlxalq Enerji Forumunda Rusiya prezidentinin hasilatı azaltmaq barədə qərara müsbət yanaşması fikri elə həmin gün “Rosneft”in baş direktoru İ.Seçin tərəfindən şirkətinin bu qərara uymayacağı açıqlaması ilə çaşqınlıq yaradıb. Təbii ki, “Rosneft” Rusiya prezidentinin sözünə qarşı çıxmaz. Amma, bu açıqlama onu göstərir ki, “Rosneft”in baş direktoru hasilatın azaldılacağı qərarının qəbul ediləcəyinə inanmır.

Rusiyanın hasilatı azaltmaq barədə OPEC qərarına dəstək verməməsi isə nəticədə razılaşmanın baş tutmayacağı mənasına gəlir. Xatırladaq ki, qarşıdakı iki gündə Rusiya və S.Ərəbistanı arasında neft bazarındakı vəziyyətlə əlaqədar görüşün keçirilməsi gözlənilir.

Yerli analitika qrupu  Report hesab edir ki, Vyana sammitindən müsbət qərar çıxmasa, dolların qlobal valyuta bazarında möhkəmlənməsi, Çin iqtisadiyyatının yavaşlaması, neft təklifinin artması nəzərə alınmaqla neft qiymətlərinin kəskin azalacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər