3 C
Baku
Cümə, Yanvar 21, 2022

Neftin bahalaşmasına görə hər bareldə $13 əlavə valyuta gəlib – iyulda

Azərbaycan xaricə satdığı neftin iyul ayı üzrə orta qiyməti 40 dollar/barel olub.

Bu barədə Banker.az-ın rəsmi mənbələrdən əldə etdiyi məlumatda deyilir.

Ölkəmizin əsas gəlir mənbəyi olan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulların həcmi 26.51 mln. barel olub. Halbuki, bu iyun ayı ərzində cəmi 9.89 mln. barel təşkil etmişdi.

İyul ayında Azərbaycana xam neftdən  $1,058.63 mln. həcmində valyuta daxil olub. Bu da ixrac olunan xam neftin hər barelinin 39.93 dollar/barel olması deməkdir. Öncəki ayda isə orta qiyməti 27.16 dollar/barel-ə satmışdı. Öncəki ayla müqayisədə hər bareldə 12.77 dollar əlavə valyuta gətirib.

Banker.az xatırladır ki, cari ilin yanvar-iyul ayında 123 mln. barel həcmində neft Azərbaycandan xaricə satılıb, bu neftin ümumi ixrac dəyəri  $6,398.12 mln. həcmində olub.

Son xəbərlər
Oxşar xəbərlər