10 C
Baku
Saturday, December 21, 2024

Neftin bir barelinin $10 dəyişməsi ARDNF-in gəlirlərində $2.1 mlrd. fərq edir

İcmal büdcənin gəlirlərinin neft-qaz sektorunda hasilat proqnozları və Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarəedilməsindən təxmin edilən gəlirlilik faizi nəzərə alınmaqla, xam neftin müxtəlif qiymət ssenarilərində təhlili göstərir ki, neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 2024-cü ildə icmal büdcə gəlirlərinin təqribən 2.1 milyard manat artmasına və ya azalmasına gətirib çıxarır

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir.

Neft-qaz sektorunda hasilat proqnozları və ARDNF-in aktivlərinin yerləşdirilməsindən və idarəedilməsindən təxmin edilən gəlirlilik faizi nəzərə alınmaqla icmal büdcənin gəlirlərinin 2024-cü ildə baza ssenarisinə (60 ABŞ dolları) nəzərən pessimist ssenaridə (40.0 ABŞ dolları) 4.2 milyard manat az, optimist ssenaridə (80.0 ABŞ dolları) isə 4.2 milyard manat çox olacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər