Londonun ICE qitələrarası fond birjasında iyul fyuçersləri üzrə Brent markalı neftin qiyməti 34,96 dollar təşkil edib. Bu öncəki günlə müqayisədə 31 sent artıb.
Banker.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Qərbi Texas nefti WTI, Nymex əmtəə birjasında 21 sent, yəni, 0,66% bahalaşmaqla 32,17 dollara ticarət olunub.