Xam neftin dəyəri 1 ayın maksimumuna yüksəlir

0

Dünya birjalarında Brent neftinin dəyəri avqust ayındakı kəskin enişdən sonra ilk dəfə 63 dolları/bareli ötüb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.65$ yəni, 1.12% artaraq 58.50$-da qərarlaşıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.66$, yəni, 1.05% bahalaşaraq 63.25$-a təklif olunub.

Qeyd edək ki, 1 avqust tarixində Brentin dəyəri 65 dollardan 60 dollara qəfil enişlə ucuzlaşmışdı.