9 C
Baku
Wednesday, November 13, 2024

Neftin dəyəri $40-a tərəf yaxınlaşır

OPEC+ alyansının neftin hasilatı ilə bağlı danışıqlar masasına əyləşməsi xəbərləri neftin qiymətində iyul və avqust fyuçerslərində mühüm bahalaşmalar olmasına təkan verib.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə saat 12:21 radələrində Nyu-Yorkun NYMEX birjasında WTI xam nefti 0.68% bahalaşmaqla $35.68 səviyyəsində olub.

Londonun qitələrarası fond birjasında Brent markalı neftin bir bareli $38.68 olub ki, bu da günlük 0.94% artım olması deməkdir.

Uzaq şərqdə, Tokio birjasında xam neftin bir kilo litri (t) 26,330 Yapon yeni olub, bu da 0.27% artımdır.

Son xəbərlər
Digər xəbərlər