Birjalarda neftin dəyəri növbəti dəfə ucuzlaşıb.
Bu barədə Banker.az Bloomberg-in 07:20 radələrinə olan göstəricilərinə istinadla xəbər verir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin bir bareli avqust fyuçerslərində 0.69% ucuzlaşmaqla 40.31 dollar olub.
London birjasında Brent sentyabr fyuçerslərində 0.63% ucuzlaşmaqla 42.87 dollara düşüb.