-1 C
Baku
Sunday, December 15, 2024

Neftin hasilatının azalmasının səbəbi

“Kolumbiyanın sol partizanları, Liviya separatçıları və Nigeriya silahlıları – bunlar dünyanın iri neft hasilatçılarının Dohada edə bilmədikləri etdilər – bazarda günə 1,5 milyard barrel nefti aradan qaldırmaq üçün “qara qızılın” hasilat səviyyəsini dondura bildilər.” Bloomberg agentliyi məhz bu cümlə ilə Qətər danışıqlarının iştirakçılarının uğursuzluğunu yada salır.

Agentlik qeyd edir ki, Səudiyyə Ərəbistanı, OPEK-ə üzv digər ölkələr və Rusiyanın hasilatın dondurulmasına dair razılaşma əldə etməyə çalışdığı bir vaxtda bunu uğurla dünyanın müxtəlif silahlı qruplaşmaları edə bilib.

Onların neft infrastrukturuna etdiyi hücumlar faktiki olaraq gün ərzində 800 min barreli bazardan çıxara bilib. Bu göstəriciləri FGE gətirir. “Citigroup” maliyyə konqlomeratı isə öz növbəsində vurğulayır ki, neft kəmərlərinin partladılması, anbarların məhv edilməsi və digər insidentlər bir sıra neft şirkətlərini qənaət məsələlərinə daha ciddi yanaşmağa məcbur edir. Bəzi şirkətlər isə bu cür insidentlərə görə, müqavilələrə uyğun neft çatdırılmalarını icra edə bilmir.

“Məsələ burasındadır ki, bazarda təklif azalıb. Dünya qeyri-sabit ölkələrə görə, neft çatdırılmalarından asılı vəziyyətə düşüb. Dohada isə bu əsas “filə” heç kim fikir verməyib” – deyə “Citigroup”un analitiki Ed Mors yaranan vəziyyəti şərh edib.

Beynəlxalq energetika agentliyinin (BEA) təqdim etdiyi statistikaya görə, Afrikanın əsas neft hasilatçısı hesab edilən Nigeriyada neft hasilatı 2009-cu ilin minimumuna qədər enib. Analoji vəziyyət Liviyada müşahidə olunur. Bu ölkədə hazırda gün ərzində 330 min barrel neft hasil edilir, halbuki 2011-ci ildə (Müəmmar Qəddafinin devrilməsinədək) ölkə gün ərzində 1,6 milyon barrel neft hasil edirdi. Kolumbiyada solçu partizanlarla toqquşmalar fonunda mart ayında dekabrla müqayisədə neft hasilatı 8% düşərək sutkada 916 min barrel təşkil edib.

ANSPRESS

Son xəbərlər
Digər xəbərlər