18 C
Baku
Thursday, May 23, 2024

“Neftin qiyməti 2050-ci ilə qədər 183 dollara çata bilər”

“Brent” markalı neftin qiyməti 2050-ci ilə qədər yüksək istehsal xərcləri və resursların az olması səbəbi ilə bir barel üçün 183 dollara çata bilər.

“TASS” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiya Adminstrasiyasının (EIA) uzunmüddətli proqnoz hesabatında bildirilir.

Gələcəkdə enerji resurslarından istifadə haqqında qanunlarda ciddi dəyişikliklərin baş verməyəcəyi təqdirdə “Brent” markalı neftin bir barelinin qiyməti ilkin olaraq 105 dollara qədər bahalaşa bilər. Lakin, aşağı istehsal xərcləri və resurs çoxluğu vəziyyətində qiymət bir barel üçün 46 dollara qədər də enə bilər.

Nazirliyin əsas proqnozuna görə, ABŞ-da neft hasilatının pik nöqtəsi 2022-ci ildə olacaq – gündə 14 milyon barel. Bütün bunlara baxmayaraq Birləşmiş Ştatların ümumi istehsalında şist yağının payı 2050-ci ilə qədər 73% -ə çatacaq.

Hesabatda qeyd olunub ki, 2045-ci ildən sonra ABŞ-da neft hasilatı azalmağa başlayacaq və neftin qiyməti kəskin artacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər