Neftin qiyməti $58-i test etmək üzrə – bahalaşır!

Koronavirus (COVID-19) qarşı vaksinasiya mübarizəsinin yavaş-yavaş işə yaraması xəbərləri, treyderlərin dünyada iqtisadi düzənin yenidən bərpa olunacağı ümidləri yaradıb. Bu da öz növbəsində neftin qiymətinin bir ilin ən yüksək həddinə qədər artımını təmin edir.

Hazırda Londonun qitələrarası fond birjasında Brent xam neftinin bir barreli mart fyuçerslərində 57.37 dollara satılır. Bu da sessiya ərzində 79 sent, yəni, 1.40% qiymət qazanması deməkdir. Sonuncu dəfə Brent bu qiymətə 2020-ci ilin fevral ayının 21-də ticarət olunmuşdu ki, bu da virusun Çinin mərkəzi vilayətindən dünya ölkələrinə səpələnməsi xəbərləri ardından qlobal iqtisadiyyatın passivliyinin artacağı fonunda idi.

Brent-in son bir ildə qiyməti:

Okeanın o biri tayında – Nyu-Yorkun əmtəə birjasında isə WTI xam nefti fevral fyuçersləri üzrə 63 sent, yəni, 1.18% artımla 53.84 dollar həddinə yüksəlib.

Analitiklər enerji bazarındakı bu müsbət artım dinamikasını əsasən, COVID-19 epidemiyasına qarşı məşhur tibb şirkətlərinin peyvəndinin işə yaraması , hətta bir ara B.Britaniyada yayılmış mutasiya olmuş növünə də təsirli olmasını xəbərləri ilə əlaqələndirirlər. Digər tərəfdən, ABŞ-da siyasi gərginlik fonunda valyuta indeksinin azalması, OPEC+ ölkələrinin hasilatla bağlı qərarın növbəti iki ay üçün dəyişməz qalması və Səudiyyə Ərəbistanın könüllü olaraq 1 mln. barrel/günlük azaldılması neftin qiymət qazanmasına əsas təsir amilidir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.