Londonda birjasında neftin hər barrelinin qiyməti 61 dolları ötməklə ilin maksimumunu yeniləyib.
Banker.az Bloomberg-in 10:16 radələrinə (Bakı vax.) olan göstəricisinə görə, Brent markalı xam neft London birjasında aprel fyuçersləri üzrə 49 sent, yaxud, 0.81% artımla 61.05 dollar/barrel təşkil edib.
Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neft mart fyuçerslərində 47 sent, yaxud 0.81% artımla 58.44 dollar olmuşdur.