31 C
Baku
Thursday, August 11, 2022

Neftin qiyməti 7% eniş yaşayıb

Dünyanın bir neçə ölkəsində virusa qarşı peyvəndin ləngiməsi iqtisadiyyatların bərpası və neftə tələbatla bağlı qeyri-müəyyənlik yaratması neftin qiyməti üçün 7% ilə 2020-ci ilin sentyabrından bu tərəfə ən böyük eniş yaşadı.

Londonun ICE birjasında may fyuçerləri üçün Brent xam neftinin bir barrelinin qiyməti 63.56 dollar təşkil edib, halbuki, bu ötən günün eyni vaxtında 68.15 dollar idi. Hətta bəzi saatlarda bu rəqəm 62.55 dollara qədər də gerilədi.

WTI markal xam neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 60.29 dollara qədər geriləməi olmuşdu.

Xatırladaq ki, son günlərdə Avropa ölkələrindən Fransa və bir neçəsi “AstraZeneca” peyvəndinin effektiv olmadığı, tromplaşmaya gətirməsi səbəbi ilə peyvəndi saxlayıblar. Fransada koronavirusa  3-cü yoluxma dalğasının başlanması elan edilib.

 

Son xəbərlər
Oxşar xəbərlər