Neftin qiyməti 76 dollara çatdı

Neftin qiyməti bir qədər də bahalaşmaqla 76 dollar/barelə çatıb.

Banker.az xəbər verir ki, (Bakı vax. 08:36) Londonun ICE qitələrarası fond birjasında avqust fyuçersləri üzrə Brent markalı xam neftin bir bareli 0.14 dollar, yaxud 0.19% artımla 75.70 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul fyuçerslərində WTI markalı xam neftin bir barreli 0.12 dollar, yaxud 0.16% artımla 73.42 dollar olmuşdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.