12 C
Baku
Cümə, Dekabr 3, 2021

Neftin qiyməti 78 dollarda ticarət olunur – ucuzlaşma var

Dünya birjalarında Brent markalı xam neftin barreli 79 dolların altında ticarət olunmaqdadır.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin barreli Londonun ICE birjasında 17 sent, yaxud 0.22% ucuzlaşmaqla 78.72 dollara, WTI markalı xam neftin barreli isə 8 sent, yaxud 0.11% ucuzlaşmaqla 75.86 dollara düşüb. Hazırda hər iki neft markası 2022-ci ilin yanvar fyuçersləri üzrə bağlanır.

Qeyd edək ki, neftin 80 dollardan aşağı ucuzlaşmasına səbəb ABŞ-la bərabər böyük neft istehlakçılarının strateji neft ehtiyatlarını bazara çıxarlmalarıdır. Bununla bu ölkələr neftin qiymətinə təsir etməyə çalışırlar.

 

Son xəbərlər
Oxşar xəbərlər
X