5 C
Baku
Şənbə, Yanvar 29, 2022

Neftin qiyməti 79 dolları ötərək son üç ilin maksimuma yüksəlir

Neftin qiyməti həftəyə qlobal enerji böhranı səbəbindən bahalaşma ilə start verir. Noyabr fyuçerslərində Brentin qiyməti təchizatla bağlı yaranan daralma səbəbindən son üç ilin maksimumuna yüksəlib.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 07:35 radələrində Londonun ICE birjasında Brent markalı xam neftin bir barreli 1.08 dollar, yaxud 1.38% artımla 79.17 dollara yüksəlib.

Nyu-Yorkun NYMEX birjasında isə WTI markalı xam neftin barreli 1.05 dollar, yaxud 1.42% artımla 75.03 dollara çatıb.

Brentin sonuncu dəfə qiyməti 79 dollar üzərinə 2018-ci ilin oktyabrında olub. Həmin ayın əvvəlində hətta bu neft 84.16 dollar/barrel səviyyəsinə qalxmışdı.

Koronavirus səbəbindən son illərdə böyük qiymət itkisi ilə üzləşən neftin qiyməti, son bir ildə qlobal iqtisadiyyatın bərpası ilə 80% bahalaşma yaşayıb. Hətta pandemiyadan öncəki 2019-cu ildə neftin maksimum qiyməti 72 dollar/barrel səviyyəsində olmuşdu. OPEC ölkələri və onunla eyni alyansda çıxış edən Rusiya və Azərbaycan kimi ölkələr neftin qiymətininqorunması üçün son illərdə bir neçə dəfə qərar verib və hasilata kvota tətbiq etmişlər ki, bu da hazırda neftə olan tələbin yüksəlməsi ilə təchizat onu tam qarşılamır. Əlavə olaraq ABŞ-da hava şəraitindən hasilatda böyük azalma var. Anbarda isə gözləniləndən daha böyük azalma olmuşdu. Bu da qiymətlərin yüksəlməsi üçün əlavə təzyiqdir.

Qeyd edək ki, nüfuzlu bank “Goldman Sachs Group” cari ildə neftin qiymətini proqnozundan daha 10 dollar yuxarı, 90 dollara qədər bahalaşacağını proqnoz edir.

OPEC+ ölkələri isə gələn oktyabrın 4-də növbəti dəfə günlük 400 min barrel neft hasilatının artımına qərar verəcək.

Son xəbərlər
Oxşar xəbərlər