24 C
Baku
Wednesday, May 29, 2024

Neftin qiyməti $86-ya yüksəldi – Yaxın gələcək üçün mümkün ssenari hansıdır?

Neft qiymətləri Çindən gələn makro-iqtisadi məlumatların gözləntiləri üstələməsi və Ukraynanın Rusiya neftayırma zavodlarına hücumlarının geosiyasi riskləri artırması nəticəsində bir ayda ən böyük həftəlik irəliləyişdən ardından yenidən bahalaşıb.

Banker.az xəbər verir ki, Brent fyuşersinin bir bareli artıq 86 dollara çox yaxın bir diapazonda ticarət edilir. Bu da günlük 0.4 faiz artımdır. WTI isə hazırda 81 dollar ətrafında ticarət edilir.

Hər iki bençmark keçən həftə 4 faiz keçən həftə artım nümayiş etdirmişdi.

Bazar ertəsi rəqəmlər Çinin fabrik istehsalı və investisiyası ilin əvvəlində gözləniləndən daha güclü artıb. Bu ölkənin iqtisadi indiqatorlarının neft qiymətlərinə təsiri təsadüfi deyil, çünki dünyanın ən böyük neft idxalçısıdır.

Çin açıqlayıb ki, ölkə ərazisində sənaye 5.3% illik artım proqnozuna qarşı 7% yüksəlib. Əsas kapitala investisiyanın həcmi illik 4.2% artıb.

Bu arada Rusiyada həftə sonu Ukraynaya məxsus pilotsuz təyyarələr ölkə ərazisinin içəri hissələrində olan bir çox zavodu vurub.  Hücumlar Vladimir Putinin prezident seçkilərində qələbə çalması zamanı baş verib.

Xam neft ilin ilk aylarında üstünlük təşkil edən sıx ticarət diapazonundan çıxıb və qiymətlər bu yaxınlarda noyabr ayından bəri ən yüksək səviyyəyə qalxıb. Bu irəliləyiş OPEC+ hasilatı azaldılması və bu il qlobal kəsir proqnozları ilə dəstəklənib. Tonun dəyişməsini əks etdirən banklar, “Morgan Stanley” də daxil olmaqla, neft qiymətləri ilə bağlı proqnozlarını daha da artırıblar.

Ümumiyyətlə, Rusiyanın zavodlarına hücumlar keçən həftə neft qiymətlərində barrel üçün əlavə 2-3 dollar artıma səbəb oldu, lakin yenə diqqətlər ABŞ-nin pul siyasətinə yaxın zamanda fokuslanacağı yüksək ehtimaldır. Çünki FED-in fevralda yüksələn inflyasiyaya qarşı cavab tədbiri olarq faizlərin endirimini gecikdirə bilər. Bu özü özlüyündə iqtisadi artım üçün əngəldir və bunun fonunda neftə tələb yenidən düşə bilər.

Bu arada ABŞ Maliyyə Nazirliyi daha bir tankerə sanksiya tətbiq edib. Bu dəfə ABŞ-ın Yəməndə yerləşən husi yaraqlılarına dəstək məqsədilə İran mallarının daşınmasında iştirak etdiyini bildirən Marşal adaları bayraqlı “Lady Sofia”dır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər